Fransa - Belçika oyununun ən yaxşı futbolçusu bilindi
01.07.2024 - 22:25
Fransa - Belçika oyununun ən yaxşı futbolçusu bilindi

Avro-2024-ün 1/8 finalıbda bu gün Fransa və Belçika yığmaları arasında keçirilən ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü Jül Kunde görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

25 yaşlı müdafiəçi 1:0 hesabı ilə qalib gəldikləri oyunda 90 dəqiqə meydanda olub və görüşü yüksək səviyyədə keçirib.

0