Avropa çempionatının finalında İngiltərə millisi İspaniya ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, ingilislər 2:1 hesabı ilə rəqiblərinə məğlub olublar.
Beləliklə, İngiltərə Avropa çempionatı tarixində ardıcıl iki dəfə məğlub olan ilk komanda olub.
Xatırladaq ki, 2021-ci ildə keçirilən son Avropa çempionatında İngiltərə yığması finalda italyanlara məğlub olmuşdu.
Qeyd edək ki, daha əvvəl cəmi 2 komanda ardıcıl 2 dəfə Avropa çempionatının finalında çıxış edib - hər iki dəfə qalib gələn ispanlar (2008 və 2012), eləcə də 1992-ci ildə uduzan, lakin 1996-cı ildə İngiltərədə qələbə qazanan almanlar.