İngiltərə 1/4 finala yüksəldi - YENİLƏNİB
30.06.2024 - 22:40
İngiltərə 1/4 finala yüksəldi - YENİLƏNİB

Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, pley-offun ikinci günü Helzenkirhendə başlayıb.

İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Görüş İngiltərə yığmasının 2:1 hesablı əzmkar qələbəsi ilə bitib. 

Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.

AVRO-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya 2:1

Qol: Bellinqem, 90+5. Keyn, 91 - Şirtz, 25
Baş hakim: 
Halil Umut Meler (Türkiyə)
Helzenkirhen. “Aufşalke Arena”

0