UEFA növbəti dəfə Albaniyanı cəzalandırıldı
28.06.2024 - 17:17
UEFA növbəti dəfə Albaniyanı cəzalandırıldı

UEFA Albaniya Futbol Federasiyasını növbəti dəfə cərimələyib.

Apasport.az xəbər verir ki, buna səbəb yenə azarkeşlərin davranışı olub.

AVRO-2024-ün III turunda İspaniya ilə oyunda alban azarkeşlər meydana yad əşyalar atıb, təhqiramiz şüarlar səsləndiriblər və fakel yandırıblar. UEFA-nın buna görə cəriməsi 86 min 500 avro olub.

Ümumilikdə isə Albaniya Futbol Federasiyası 171 min 375 avro xərcə düşüb. UEFA Albaniyaya qrup mərhələsində İtaliya ilə görüşə görə 37 min 375, Xorvatiya ilə qarşılaşmaya görə 47 min 500 avro pul cəzası kəsib.

 

Qrup mərhələsində 1 xal toplayan Albaniya yığması sonuncu yeri tutub.

0