13:48 28-04-2020
news_image
137
FUTBOL

Yığmamızın oyununun vaxtı müəyyənləşdi - İsveçrə ilə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İsveçrə ilə oyununun vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsinin matçı bu il noyabrın 12-də keçiriləcək.

Martın 26-da keçirilməli olan, koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınan görüşün tarixi AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında müəyyənləşib. İsveçrədəki görüşün stadionu və başlama vaxtı dəqiqləşməyib.