Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov milli komandamızın oyunçu və məşqçi heyəti ilə görüşüb.
Apasport.az xəbər verir ki, onlar görüş zamanı İsveçrə ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq vacib oyun öncəsi yığmaya həm mənəvi dəstək veriblər.
Federasiya prezidenti Emin Əmrullayev milli komandanın Azərbaycanın basketbol tarixində yeni uğurlar qazanmaq potensialına malik olduğunu vurğulayaraq, basketbolçularımızın ölkəmizi layiqincə təmsil etmək üçün göstərdiyi səylərini yüksək qiymətləndirib. Yekunda yığmaya İsveçrə ilə oyunda uğurlar arzulanıb.
Qeyd edək ki, DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveçrə matçı sabah saat 14:00-da start götürəcək. Görüş Bakı İdman Sarayında keçiriləcək.