Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
10.11.2026 - 10:19
Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri

Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, türkiyəli basketbolçu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Denver Naqqets”i 110:100 hesabı ilə məğlub edib.

Şengün qarşılaşmada 20 xal, 12 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli basketbolçu bu göstəricilərlə dabl-dabla imza atıb.

Günün digər qarşılaşmalarında “Los-Anceles Leykers” səfərdə “Atlanta Houks”u 124:114, “Qolden Steyt Uorriors” isə “Nyu-Orlean Pelikans”ı 138:87 hesabı ilə məğlub edib.

NBA-da günün nəticələri:

Atlanta Houks – Los-Anceles Leykers 114:124

Şarlott Hornets – Klivlend Kavalyers 124:112

Detroyt Pistons – Vaşinqton Uizards 122:111

Toronto Reptors – Memfis Qrizzlis 102:118

Dallas Maveriks – İndiana Peysers 125:122

Hyuston Rokets – Denver Naqqets 110:100

Finiks Sans – San-Antonio Spörs 96:122

Qolden Steyt Uorriors – Nyu-Orlean Pelikans 138:87