Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdo yığmasının heyəti açıqlanıb
29.03.2008 - 15:04
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın cüdo üzrə milli komandasının aprelin 11-dən 13-dək Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, sonuncu lisenziya xarakterli bu yarışda ölkəmizi 5 kişi və 2 qadın cüdoçu təmsil edəcək. Yığmanın baş məşqçisi Ağayar Axundzadə turnirdə Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Usubovaya (63 kq) etimad göstərəcək. Dördqat Avropa çempionu Elçin İsmayılovun 60 kq çəki dərəcəsində çıxış etməsi planlaşdırılsa da, yığmanın ən titullu üzvü heyətə cəlb edilməyib.
Qeyd edək ki, indiyədək cüdoçularımızdan yalnız E.Məmmədli Pekin Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Qeyd edək ki, indiyədək cüdoçularımızdan yalnız E.Məmmədli Pekin Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
0
0