Azərbaycan karateçiləri beynəlxalq “Bosfor” turnirinə qatılacaqlar
29.03.2008 - 16:59
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın kişi və qadınlardan ibarət karate yığmaları aprelin 12-də Türkiyənin İstanbul şəhərində start götürəcək beynəlxalq «Bosfor» turnirinə qatılacaqlar. Karate Federasiyasının mətbuat xidmətindən «APA-Sport» agentliyinə verilən məlumata görə, iki gün davam edəcək yarış gənclər və böyüklər arasında təşkil olunacaq. Lakin turnirə böyüklərdən ibarət komandamız aparılacaq. Federasiya rəhbərliyi mayın 2-də Estoniyanın paytaxtı Tallində start götürəcək kişi və qadınlar arasında Avropa çempionatı ilə əlaqədar «Bosfor» turnirində yalnız böüykləri sınamaq qərarına gəlib. Turnirdəki çıxışlarına əsasən, üç gün davam edəcək qitə birinciliyinə yollanacaq karateçilərimizin heyəti məlum olacaq.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0