Azərbaycan çempionatında beş şahmatçı maksimum nəticə qazanıb
29.03.2008 - 18:41
Bakı. Kənan Həsənov-APA-Sport. Respublika Şahmat Klubunda 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında növbəti Azərbaycan çempionatında 7-ci turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışova istinadən verdiyi məlumat görə, hesabat turu liderlərin inamlı çıxışı ilə yadda qalıb. Səkkiz yaşlıların turnirində hərəyə 6 xal toplayan Şəmşəd Axundov və Günay Məmmədzadə ilə Xanım Balacayeva birinci sırada qərarlaşıblar. On yaşlılar arasında Məğrurə İmamlı (7 xal) və Ramazan Süleymanlı (6 xal) vahid liderdir. Ülviyyə Fətəliyeva (7 xal) 12 yaşlı qızların, Cavidan Babazadə ilə Aqil Pirverdiyev (hər ikisi 5 xal) isə oğlanların birinciliyində turnir cədvəlinə başçılıq edirlər. Zaur Məmmədov (7 xal) və Nərmin Xələfova (6,5 xal) 14, Səbinə Quliyeva (5,5 xal), Ayaz Məmmədov və Vasif Durarbəyli (hər ikisi 7 xal) isə 16 yaşlıların turnirində birinci pillədə qərarlaşıblar. Aprelin 2-də başa çatacaq çempionatın qalibləri dünya, ikinci yeri tutan şahmatçılar isə Avropa çempionatında iştirak etmək hüququ əldə edəcəklər.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0