Azərbaycan taekvondoçuları Avropa çempionatına Qubada hazırlaşırlar
30.03.2008 - 12:37
Quba. Aqşin Əliyev-APA-Sport. Taekvondo üzrə Azərbaycan yığması Avropa çempionatına son hazırlıq mərhələsini Quba Olimpiya Kompleksində keçir. Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, təlim-məşq toplanışında 15 kişi və 6 qadın idmançı iştirak edir. Taekvondoçular müxtəlif fiziki təmrinləri yerinə yetirməklə yanaşı, sparrinq döyüşlərdə də qüvvələrini sınayırlar. Ə.İmaməliyev bildirib ki, bu idmançılardan 14-ü qitə birinciliyinə aparılacaq. Təlim-məşq toplanışına aprelin 4-də yekun vurulacaq. Bundan iki gün sonra yığmamız Bakı-İstanbul-Roma reysi ilə Avropa çempionatının təşkil olunacağı İtaliyaya yollanacaq. Pekin olimpiadasından öncə ən böyük miqyaslı taekvondo yarışı olacaq qitə çempionatı 10-13 aprel aralığında baş tutacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0