Avropa çempionatında Azərbaycan güləşçisinə qarşı haqsızlıq edən hakim cəzalandırılıb
03.04.2008 - 18:35
Tampere. Elşən Məmmədov - APA-Sport. Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov haqsızlıqla üzləşib. Bu haqda “APA-Sport” agentliyinə hazırda Tamperedə yarışı izləyən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. Onun sözlərinə görə, 96 kq çəkidə mübarizə aparan pəhləvanımıza ¼ finalda Hacımurad Qatsalovla görüşdə gürcüstanlı baş hakim Edişeri Maxaidze tərəfindən iki dəfə haqsız xəbərdarlıq edilib. E.Maxaidze artıq Pekin Olimpiadasına lisenziyanı təmin etmiş rusiyalıya köməklik göstərməklə, öz həmvətəni Georgi Qoqşelidzenin Olimpiadaya yolunu açmaq istəyib. Belə ki, H.Qatsalov yarımfinala vəsiqə qazandıqdan sonra G.Qoqşelidzenin Pekinə vəsiqə şansı yüksəlib. Digər yarımfinal cütündə Georgi Tivilovun (Ukrayna) Daniel Liveti (Macarıstan) üzərində qələbəsi gürcüstanlı idmançının Olimpiadaya vəsiqəni təmin etməsinə səbəb olub. M.Rəhimov bildirib ki, X.Qazyumova qarşı haqsızlıqdan sonra Azərbaycan nümayəndə heyəti Təşkilat Komitəsinə rəsmən şikayət edib. Nəticədə gürcüstanlı referi E.Maxaidze ilə yanaşı, daha iki hakim qitə birinciliyinin növbəti qarşılaşmalarını idarə etməkdən kənarlaşdırılıblar.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0