“Neftçi” klubunun 5 üzvü Azərbaycan yığmasına çağırılıb
04.04.2008 - 14:45
Bakı. Aqşin Əliyev-APA-Sport. Rusiyanın Tver şəhərində yeniyetmə cüdoçular arasında keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, “Neftçi” klubunun 5 üzvü yığmaya çağırılıb. Belə ki, qarşıdakı yarışda Aqil Mustafayev, Əli Rzayev, İlqar İsmayılov (hamısı 50 kq), Seyran Mahmudov (66 kq) və Yılmaz Yunuszadə (73 kq) da qüvvəsini sınayacaq. İlkin heyətdə isə 19 idmançı (14 oğlan və 5 qız) yer alırdı. Beləliklə, aprelin 12-13-də baş tutacaq turnirdə ölkəmizi 24 cüdoçu təmsil edəcək. Həmyerlilərimiz aprelin 8-də səfərə çıxacaqlar. Yarışdan sonra 3 günlük təlim-məşq toplanışında iştirak edəcək yığma üzvləri aprelin 16-da vətənə qayıdacaqlar.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0