Azərbaycan yığması Kirsan İlyumjinovun şərəfinə keçirilən turnirdə ikinci yeri tutub
07.04.2008 - 17:26
Elista. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın stolüstü tennis üzrə gənc oğlan və qızlardan ibarət yığma komandaları Rusiyanın Elista şəhərində Kalmıkiya Respublikasının prezidenti Kirsan İlyumjinovun şərəfinə keçirilən turnirdə mübarizə aparıblar. Bu haqda «APA-Sport» agentliyinə yığma komandamızın məşqçisi Fərhad İsmayılov məlumat verib. Onun sözlərinə görə, yarışa Rusiyanın 8 şəhərinin təmsilçiləri də qatılıblar. Stolüstü tennisçilər şəxsi, qoşa, qarışıq və komanda yarışlarında qüvvələrini sınayıblar. Tərkibində İlkin Sevindikzadə, Orxan Qurbanov və Rüstəm Əliyevin yer aldığı oğlanlardan ibarət komandamız 2-ci yeri tutub. Qadınların mübarizəsində Suğra Talıbova, Fatimə Hüseynova və Nuranə Həmzəyeva ilə təmsil olunan yığmamız isə 6-cı yerlə kifayətlənib. Şəxsi yarışlarda 13-15 yaşlılar arasında R.Əliyev I, İ.Sevindikzadə II olub. O.Qurbanov isə 12 yaşadək oğlanlar arasında II yeri tutub. Lakin qızların fərdi mübarizəsində mükafatçılar sırasına düşən olmayıb. R.Əliyev – İ.Sevindikzadə dueti qoşa yarışlarda I, R.Əliyev – F.Hüseynova cütü isə qarışıq qoşa mübarizədə III yeri tutub.
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
- Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
0
0