Azərbaycan futzal yığması Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
09.04.2008 - 09:55
Azərbaycan futzal yığması Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Andorranın paytaxtı Andorra-la-Vellada 21 yaşadək futzalçılardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun oyunlarına start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası ilk turda meydan sahibləri ilə qarşılaşıb. Daha üstün oyun nümayiş etdirən futzalçılarımız 4:2 hesablı qələbə qazanıblar. Yığmamızın heyətində Rüstəm Bağırzadə (2 qol), Murad Mehdiyev və Fərid Atakişiyev fərqlənib. Bununla da, həm milli komandamız seçmə mərhələyə qələbə ilə başlayıb, həm də baş məşqçi Hacıbala Abdullayevin rəsmi matçlarda debütü uğurlu alınıb. Qrupun digər görüşündə Hollandiya İrlandiyanı məğlub edib – 6:2. Bu gün həmyerlilərimiz hollandiyalıları sınağa çəkəcəklər. Aprelin 11-də isə Azərbaycan və İrlandiya arasında matç keçiriləcək.
Qeyd edək ki, yalnız qrup qalibi Avropa çempionatında iştirak hüququna yiyələnəcək.


0