Vitali Rəhimov İstanbulda əməliyyat olunacaq
09.04.2008 - 12:47
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvü Vitali Rəhimov yenidən əməliyyat olunacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Elçin Cəfərov məlumat verib. Onun sözlərinə görə, 2005-ci ilin Avropa çempionu bu gün Türkiyənin İstanbul şəhərinə yollanacaq. V.Rəhimov “Acıbadem” xəstəxanasında onurğa sütunundakı problemlə əlaqədar bir neçə gün ərzində müalicə olunacaq. Baş məşqçi bildirib ki, güləşçimiz Bakıya qayıtdıqdan sonra daha 10 günlük müalicə kursu keçəcək. V.Rəhimov 9 – 11 mayda İtaliyanın paytaxtı Romada keçiriləcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirinə qatılmayacaq: “Əgər Romada 60 kq çəkidə Olimpiadaya lisenziya qazanan güləşçimiz olmasa, 23 – 25 mayda Serbiyanın Novi Sad şəhərində təşkil olunacaq növbəti lisenziya turnirində Vitaliyə şans verəcəyik”.
Qeyd edək ki, hələlik yunan-Roma güləşçilərimizdən Pekin Olimpiadasına Rövşən Bayramov (55 kq) və Fərid Mansurov (66 kq) vəsiqəyə sahib çıxıb.
Qeyd edək ki, hələlik yunan-Roma güləşçilərimizdən Pekin Olimpiadasına Rövşən Bayramov (55 kq) və Fərid Mansurov (66 kq) vəsiqəyə sahib çıxıb.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0