Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Azərbaycandan üzr istəyib
09.04.2008 - 16:22
“APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev məlumat verib. Onun sözlərinə görə, Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatı zamanı X.Qazyumovun rusiyalı pəhləvan Hacımurad Qatsalovla qarşılaşmada hakimlər tərəfindən üzləşdiyi qərəzli münasibət barədə R.Martinettiyə şikayət olunub. FİLA prezidenti dərhal görüşü idarə edən hakimləri yarışdan kənarlaşdırıb. Həmçinin, R.Martinetti baş verən olayı böyük qalmaqal, biabırçılıq kimi dəyərləndirib: “Martinetti təmsil etdiyi qurumun qaydalarında hakim səhvi üzündən görüşün nəticəsinin ləğvi və yenidən keçirilməsi haqda bəndin yer almadığından təəssüfləndiyini söylədi. O, yalnız hakimləri cəzalandıra biləcəyini vurğuladı”. N.Əliyevin fikrincə, hakimlər H.Qatsalovla ¼ final görüşündə qarşısını almasaydılar, X.Qazyumov 96 kq çəki dərəcəsində Avropa çempionu olacaqdı: “Biz gözləmirdik ki, Olimpiya və ikiqat dünya çempionu Hacımurad Qatsalov Xetaqla görüşdə problemlə üzləşəcək”.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0