Rusiya çempionu Azərbaycan sərbəst güləş yığmasının heyətində olimpiya lisenziyalı turnirə qatılacaq
09.04.2008 - 18:38
Rusiya çempionu Azərbaycan sərbəst güləş yığmasının heyətində olimpiya lisenziyalı turnirə qatılacaq
Onun sözlərinə görə, üç gün davam edəcək turnirdə 7 mümkün çəki dərəcəsində 5 pəhləvanımız mübarizə aparacaq. Yarışın reqlamentinə əsasən, hər hansı ölkəni, idmançısının artıq Pekin olimpiadasına lisenziyanı təmin etdiyi çəki dərəcəsində heç kim təmsil etməyəcək. Bu səbəbdən, Emin Əzizov və Çamsulvara Çamsulvarayevin artıq Olimpiya Oyunlarına vəsiqə qazandıqları 66 və 74 kq çəkilərdə təmsilçimiz olmayacaq. M.Aratsilov, həmçinin millimizə yeni legionerin cəlb olunduğunu açıqlayıb. O, bildirib ki, 60 kq çəkidə yer alan Zəlimxan Hüseynov əslən çeçendir, vaxtilə Rusiya çempionu, beynəlxalq turnirlərin qalibi olub. Z.Hüseynovun millimizdə çıxışı üçün heç bir problemin qalmadığını söyləyən dağıstanlı baş məşqçi Rusiya tərəfinin də bu keçidə razılıq verdiyini vurğulayıb. O, 55 kq çəkidə yenə olimpiya çempionu Namiq Abdullayevə şans verməyəcəyini bildirib. M.Aratsilovun sözlərinə görə, həmin çəkidə Martiniyə Namiq Sevdimovu aparmaq qərarına gəlib: “Əgər Sevdimov da olimpiadaya vəsiqə qazana bilməsə, Abdullayevin xidmətindən, 2–4 mayda Polşanın paytaxtı Varşavada təşkil olunacaq son lisenziya turnirində yararlanacağıq”. Digər idmançılar isə Finlandiyanın Tampere şəhərindəki Avropa çempionatında da çıxış etmiş Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) olacaq.
Qeyd edək ki, Martini turnirində hər çəkidə mükafatçılar sırasına düşən dörd güləşçi Pekin olimpiadasına lisenziya qazanacaq.
0