UEFA kubokunun yarımfinalçıları müəyyənləşib
11.04.2008 - 11:57
Bakı. APA-Sport. UEFA kubokunun ¼ final mərhələsinə yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, cavab görüşlərinin üçündə qonaqlar qələbə qazanıblar. «Fiorentina» Hollandiyada PSV-nin qapısından iki cavabsız top keçirib. 1:1 hesabı ilə başa çatan ilk görüşdə olduğu kimi, «Fiorentina»nın səfər matçında da qolları rumıniyalı Adrian Mutu vurub. «Qlazqo Reyncers» isə eyni hesabla Portuqaliyada «Sportinq»i məğlubiyyətə uğradıb. «Zenit» «Bayer»lə qarşılaşmanın taleyini Almaniyada keçirdiyi elə ilk görüşdəcə böyük hesablı qələbə qazanaraq, həll etmişdi. Sankt-Peterburqdakı cavab oyununda almanlar Rusiya yığmasının sabiq futbolçusu Dmitri Bulıkinin vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazansalar da, bu, növbəti mərhələyə yüksəlmək üçün yetərli olmayıb. Əvəzində Almaniyanın digər təmsilçisi «Bavariya» son dərəcə dramatik alınan oyunda «Xetafe»ni mübarizədən kənarlaşdırıb.
«Zenit» (Rusiya) – «Bayer» (Almaniya) – 0:1
Bulıkin, 18
Timoşuk («Zenit») 85-ci dəqiqədə penaltidən yararlana bilməyib.
İlk oyun – 4:1
«Xetafe» (İspaniya) – «Bavariya» (Almaniya) – 3:3 (əsas vaxt - 1:1)
Kontra, 44, Kaskero, 91, Braulio, 93 - Riberi, 89, Toni, 115, 120
İlk oyun – 1:1
PSV (Hollandiya) – «Fiorentina» (İtaliya) – 0:2
Mutu, 38, 53
İlk oyun – 1:1
«Sportinq» (Portuqaliya) – «Reyncers» (Şotlandiya) – 0:2
Darşevil, 60, Uittaker, 90+2
İlk oyun – 0:0
Aprelin 24-də keçiriləcək ilk yarımfinal matçlarında «Reyncers» «Fiorentina»nı, «Bavariya» isə «Zenit»i qəbul edəcək. Cavab görüşləri mayın 1-də olacaq.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0