İsmayıl İsmayılov: “Hokkeyçilərdən lisenziya gözləyirik”
11.04.2008 - 12:53
Bakı. Kənan Həsənov – APA-Sport. “Olimpiya təsnifat turniri ilə bağlı proqnoz vermək çətindir. Komanda idman növlərində istənilən variant ola bilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov söyləyib. İ.İsmayılov otüstü hokkey üzrə qadınlardan ibarət milli komandamızın sabah Bakıda start götürəcək yarışda uğur qazanacağına inandığını bildirib: “İdmançılarımız turnirə yüksək səviyyədə hazırlıq keçiblər. Hamımız onlardan lisenziya gözləyirik. Hokkeyçi xanımların bu etimadı doğruldacaqlarına inanıram. Eyni zamanda istənilən sonluq da mümkündür”.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0