Azərbaycan futzal yığması İrlandiyaya uduzub
12.04.2008 - 12:22
Bakı. Kənan Həsənov – APA-Sport. Andorrada 21 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Hacıbala Abdullayevin rəhbərlik etdiyi milli komandamız son oyunda məğlub olub. İrlandiyaya 3:4 hesabı ilə uduzan komandamız növbəti mərhələyə yüksəklə bilməyib. Bundan əvvəl isə yığmamız qrupda keçirdiyi ilk oyunda meydan sahiblərinə 4:2 hesabı ilə qalib gəlib, hollandiyalı həmyaşıdlarına isə uduzub - 2:8.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0