Azərbaycanın sablya yığması dünya çempionatının 1/16 finalında Yaponiyaya məğlub olub
12.04.2008 - 12:47
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan qılıncoynadanları İtaliyanın Kataniya şəhərində keçirilən yeniyetmə və gənclər arasında dünya çempionatında uğursuz çıxış edirlər. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün mübarizəyə qoşulan sablya üzrə milli komandamız da fəxri kürsüyə yüksələ bilməyib. Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova bacılarının yer aldığı yığmamız 1/16 finalda Yaponiyaya 40:45 hesabı ilə uduzaraq mükafatlar uğrunda mübarizəni dayandırıb.
Qeyd edək ki, təmsilçilərimiz fərdi birincilikdə də uğursuz çıxış edərək medal qazana bilməyiblər.
Qeyd edək ki, təmsilçilərimiz fərdi birincilikdə də uğursuz çıxış edərək medal qazana bilməyiblər.
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
- Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
0
0