Bakı Otüstü Hokkey Kompleksində Olimpiya təsnifat turnirinin rəsmi açılış mərasimi keçirilib-FOTOSESSİYA
12.04.2008 - 14:36
“APA-Sport” agentliyinin məlumatına görə, bədii hissədə yarışa qatılan ölkələrin milli rəqslərindən ibarət proqram nümayiş etdirilib. Ardından turnirin rəsmi hissəsi başlanıb. Əvvəlcə meydana yarış iştirakçıları - Azərbaycan, Ukrayna, Çili, Keniya, Belarus və İspaniya milli komandaları dəvət olunublar. Hokkeyçilər qarşısında çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov onları salamlayıb və uğurlar arzulayıb. Otüstü Hokkey Federasiyasının vitse-prezidenti Namiq Əliyev isə çıxışında idmanımızın bütün sahələrdə irəliləyişə nail olduğunu bildirib. Bakıda otüstü hokkey üzrə bir neçə mötəbər turnirin keçirildiyini xatırladan federasiya rəsmisi milli komandamızın yeganə lisenziyanı qazanmaqla, ölkəmizə sevinc bəxş edə biləcəyini söyləyib. Beynəlxalq Otüstü Hokkey Federasiyasının nümayəndəsi Annabel Dion isə yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirməklə yanaşı, ən güclü komandanın yeganə lisenziyaya sahib çıxmasını arzulayıb.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0