Azərbaycan idmançılarının Pekin olimpiadasına qazandıqları lisenziyaların sayı 26-ya çatıb
12.04.2008 - 20:24
Azərbaycan idmançılarının Pekin olimpiadasına qazandıqları lisenziyaların sayı 26-ya çatıb
Belə ki, Kifayət Qasımova, Ramil Qasımov və Mehman Əzizov Pekin olimpiadasında iştirak hüququna yiyələniblər. Öncə daha bir cüdoçu Elnur Məmmədli eyni nailiyyəti qazanmışdı. Ötən ilin sentyabrında Braziliyada təşkil olunmuş dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksələn E.Məmmədli Yay Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqəyə sahib çıxmışdı.
Beləliklə, Azərbaycanın dördilliyin ən mötəbər idman yarışında güləş (7 lisenziya), ağır atletika (5), cüdo (4), bədii gimnastika (3), boks (2), atletika (2), üzgüçülük (2) və taekvondo (1) növlərində təmsil olunacağı dəqiqdir. Müxtəlif növlərdə təsnifat turnirləri hələ iki ay davam edəcək.
0