Azərbaycanın daha dörd taekvondoçusu Avropa çempionatında mübarizəni dayandırıb
13.04.2008 - 11:35
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İtaliyanın paytaxtı Romada keçirilən kişi və qadınlar arasında taekvondo üzrə Avropa çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın üçüncü günündə daha dörd Azərbaycan taekvondoçusu mübarizəyə qatılıb. Niyaməddin Paşayev (72 kq) ilk görüşdə Çernoqoroya təmsilçisi Martin Lyuldyuraja qalib gəlsə də, Böyük britaniyalı Davud Etninani ilə qarşılaşmadan məğlub ayrılıb. Vüqar Məcidov (+84 kq) sonda turnirin qalibi olan yunanıstanlı Aleksandros Nikolaidisə məğlub olaraq, mübarizəni ilk görüşdə dayandırmalı olub. Qadınların yarışındakı təmsilçimiz də qitə çempionuna uduzub. Nigar Hacıyeva (55 kq) ilk görüşdə almaniyalı Sabrina Qrimmə qalib gəlməyi bacarsa da, türkiyəli Kübra Haticə Yangın qarşısında aciz qalıb. Səbinə Mikayılova (59 kq) isə İspaniya taekvondoçusu Estefania Qarsia Ernandesə uduzaraq, yarışı mükafatsız bitirib. Qeyd edək ki, çempionatın ilk günündə 58 kq çəkidə çıxış edən Elnur Amanov birinci yeri tutub. Bu gün İlkin Şahbazov (67 kq), Elvin Məmmədov (78 kq) və Günay Ağakişiyeva (63 kq) tatami üzərinə çıxacaqlar.
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
0
0