Azərbaycan cüdoçuları yeni rekord müəyyənləşdiriblər
14.04.2008 - 16:35
Başqa sözlə, Pekin olimpiadasında ölkəmizin şərəfini “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yetirmələri Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq), eləcə də “İnter” klubunun üzvü Elxan Məmmədov (90 kq) qoruyacaq. E.Məmmədlidən fərqli, digər cüdoçular lisenziyaya Portuqaliyanın paytaxtı Lissabonda təşkil edilmiş Avropa çempionatından sonra sahib çıxıblar. Qitə birinciliyində yığmamız 5 lisenziya ilə yanaşı, 2 medal da qazanıb. Baş məşqçi Ağayar Axundzadənin rəhbərlik etdiyi kollektivdən Elxan Məmmədov gümüş, Kifayət Qasımova isə bürünc medala yiyələnib. E.Məmmədliyə gəlincə, 19 yaşlı idmançı ötən ilin sentyabrında Braziliyada keçirilmiş dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə qalxmaqla, Pekin olimpiadasında iştirak hüququna yiyələnmişdi.
Qeyd edək ki, Azərbaycan cüdoçuları müstəqillik dövrünə təsadüf edən bütün olimpiadalara qatılıblar. 1996-cı ildə Atlantada 2 (Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2000-ci ildə Sidneydə 4 (Elçin İsmayılov, Rəsul Səlimov, Mehman Əzizov, Zülfiyyə Hüseynova), 2004-cü ildə Afinada isə 3 (Mövlud Mirəliyev, Mehman Əzizov, Elçin İsmayılov) cüdoçumuz qüvvəsini sınayıb.

0
0