Azərbaycan karateçiləri “Bosfor” turnirində gümüş və bürünc medallar qazanıblar
15.04.2008 - 10:22
Azərbaycan karateçiləri “Bosfor” turnirində gümüş və bürünc medallar qazanıblar
İstanbul. Elşən Məmmədov-APA-Sport. Türkiyənin İstanbul şəhərində keçirilən karate üzrə XXI beynəlxalq “Bosfor” turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, turnirdə çıxış etmiş Azərbaycanın 24 kişi və qadın idmançısı şəxsi və komanda yarışlarında fərqləniblər. Şəxsi kumite yarışlarında Amal Atayev (80 kq) gümüş, Niyazi Əliyev (65 kq) isə bürünc medal qazanıb. Şəxsi kata mübarizəsində Elçin Məmmədov da bürünc medala sahib çıxıb. Komanda kata stilinə gəldikdə, oğlanlardan ibarət yığmamız II, qadın millimiz isə III olub.
Qeyd edək ki, 14 ölkədən 213 idmançının qatıldığı “Bosfor” turniri karateçilərimiz üçün 2-4 mayda Estoniyanın paytaxtı Tallində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.
0