Azərbaycan Varşavada keçiriləcək olimpiya lisenziyalı turnirə bir güləşçi ilə qatılacaq
23.04.2008 - 12:50
Bakı. Elşən Məmmədov-APA-Sport. Mayın 2-də Polşanın paytaxtı Varşavada start götürəcək sərbəst güləş üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına son lisenziya turnirində Azərbaycan bir idmançı ilə təmsil olunacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib. Onun sözlərinə görə, səbəb əvvəlki lisenziya yarışlarında 7 mümkün çəkidən 6-da pəhləvanlarımızın Pekin Olimpiadasına lisenziyanı təmin etməsidir. Varşavada indiyədək bu çəkilərdən hər hansında Olimpiya Oyunlarında iştirak hüququna yiyələnməyən ölkələrin idmançıları mübarizə aparacaqlar. İndiyədək yalnız 120 kq-da Azərbaycanın aktivinə lisenziya yazılmayıb. Həmin çəkidə lisenziya xarakterli dünya və Avropa çempionatları, eləcə də az öncə İsveçrənin Martini şəhərində başa çatan I təsnifat turnirində mübarizə aparmış Əli İsayev Pekinə vəsiqəni təmin edə bilməyib. Bununla belə, M.Aratsilov Varşavada da Ə.İsayevə şans verəcəyini bildirib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0