Azərbaycan Kikboksinq və Muay Tay Federasiyası parçalanıb
23.04.2008 - 15:22
Bakı. Elşən Məmmədov-APA-Sport. Bu gün Azərbaycan Kikboksinq və Muay Tay Federasiyasının (AKMTF) növbədənkənar konfransı keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda AKMTF-nin iki müstəqil quruma parçalanması haqda qərar çıxarılıb. Qərara əsasən, bundan sonra Kikboksinq Federasiyasına millət vəkili Adil Əliyev, Muay Tay Federasiyasına isə Azər Həsənsoy rəhbərlik edəcək. Belə addıma Tailand hökumətinin milli idman növü olan muay tayın kikboksinqdən ayrılması haqda Beynəlxalq Kikboksinq Təşkilatları Assosiasiyasına müraciəti səbəb olub.
Qeyd edək ki, A.Əliyev əvvəllər AKMTF-nin prezidenti, A.Həsənsoy isə vitse-prezidenti postunu tutub.
Qeyd edək ki, A.Əliyev əvvəllər AKMTF-nin prezidenti, A.Həsənsoy isə vitse-prezidenti postunu tutub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0