Azərbaycan şahmatçısı Rauf Məmmədov Avropa çempionatında liderdir
24.04.2008 - 09:55
Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında üçüncü turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, kişilərin birinciliyində ardıcıl üçüncü qələbəsini qazanan Rauf Məmmədov liderliyi ələ keçirib. Milli komandamızın üzvü bu gün 4-cü tur çərçivəsində Yan Verle (Hollandiya) ilə qarşılaşacaq. Qədir Hüseynov 2,5, Nicat Məmmədov 2, Eltac Səfərli və Fərhad Tahirov 1,5 xal toplayıb.
Qadınların yarışında Nərmin Kazımova liderlər qrupunda qərarlaşıb. Keçirdiyi üç oyundan 2,5 xal toplayan həmyerlimiz növbəti görüşünü Salome Meliayaya (Gürcüstan) qarşı keçirəcək. Digər şahmatçılarımızdan Xəyalə İsgəndərovanın 2, Zeynəb Məmmədyarova, İlahə Qədimova, Türkan Məmmədyarova, Nərgiz Umudova və Gülnar Məmmədovanın 1,5 xalı var.
11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.

- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0