Çempionlar Liqasının ilk yarımfinal görüşlərinə yekun vurulub
24.04.2008 - 09:57
Barselona. Elşən Məmmədov-APA-Sport. UEFA Çempionlar Liqasının ilk yarımfinal görüşlərinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, ikinci oyun günündə “Barselona” “Mançester Yunayted”i qəbul edib. İngiltərənin “Liverpul” və “Arsenal” komandaları arasındakı (1:1) digər yarımfinal matçında olduğu kimi, bu qarşılaşma da heç-heçə ilə nəticələnib. Amma 3-cü dəqiqədə “Mançester Yunayted”in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo penaltini dəqiq yerinə yetirsəydi, hesab başqa cür də ola bilərdi. Lakin K.Ronaldonun zərbəsi qapı tirinə tuş gəlib. Qalan dəqiqələrdə qarşılıqlı hücumlar şəraitində keçən oyunda qol vurulmayıb - 0:0.
“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:0
Yarımfinal mərhələsinin cavab oyunları aprelin 29-da və 30-da keçiriləcək.
“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:0
Yarımfinal mərhələsinin cavab oyunları aprelin 29-da və 30-da keçiriləcək.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0