Azərbaycan yığmasının Avropa çempionatının qrup mərhələsindəki rəqibləri müəyyənləşib
24.04.2008 - 11:59
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın kişilərdən ibarət basketbol üzrə milli komandasının Avropa çempionatının C divizionunda qarşılaşacağı rəqiblər bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, Elxan Əliyevin rəhbərlik etdiyi yığmamız Şotlandiyanın Edinburq şəhərində təşkil olunacaq yarışın A qrupunda mübarizə aparacaq. Millimiz iyunun 17-də Cəbəllüttariq, 18-də San-Marino, 19-da Moldova ilə qarşılaşacaq. B qrupunda finala yüksəlmək imkanı verən yeganə vəsiqə uğrunda Şotlandiya, Andorra, Uels və Malta milliləri yarışacaq. Turnirə iyunun 22-də keçiriləcək həlledici oyunlarla yekun vurulacaq. Finala yüksələn komandalar Avropa çempionatının B divizionunda çıxış etmək hüququ qazanacaqlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0