Sabah Lənkəranda uşu üzrə Azərbaycan çempionatı başlanacaq
25.04.2008 - 12:38
Lənkəran. Elşən Məmmədov-APA-Sport. Sabah Lənkəran Olimpiya Kompleksində uşu üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı start götürəcək. Bu haqda “APA-Sport” agentliyinə Uşu Federasiyasının prezidenti Azər Həsənsoy məlumat verib. Onun sözlərinə görə, iki gün davam edəcək yarışda 200-dək idmançının iştirakı gözlənilir. A.Həsənsoy bildirib ki, ölkə birinciliyinin Lənkəranda keçirilməsində əsas məqsəd regionlarda uşunun inkişafına təkan verməkdir. Həmçinin, federasiya prezidenti qarşıdakı çempionatla bağlı xoşagəlməz halların da yarandığını söyləyib. O, çempionatın Gənclər və İdman Nazirliyinin təqvim-planına salınmasına baxmayaraq, bəzi rayon və şəhərlərin müvafiq idarələrinin müxtəlif bəhanələrlə yarışa idmançı ezam etməkdən boyun qaçırdıqlarını vurğulayıb. A.Həsənsoy onu da əlavə edib ki, bununla əlaqədar lazımi instansiyalara şikayət olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0