Azərbaycan qılıncoynadanı Pekin olimpiadasına lisenziya qazana bilməyib
27.04.2008 - 11:39
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə sonuncu Avropa təsnifat turniri keçirilib.
«APA-Sport» agentliyinin məlumatına görə, yarışda Azərbaycanı milli komandamızın üzvü Səbinə Əmrahzadə təmsil edib. Dünya reytinq sıralamasında 111-ci pillədə qərarlaşan həmyerlimiz mübarizəni ilkin mərhələdə dayandırıb və Pekin olimpiadasına lisenziya qazana bilməyib. Bu vəzifənin öhdəsindən finala yüksələn Arçelli Navarra (İspaniya) ilə Siobhen Bern (İrlandiya) gəlib.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0