“İnter” lideri təslim edib, şansını artırdı
28.04.2008 - 17:50
“İnter” lideri təslim edib, şansını artırdı
“Neftçi” ukraynalı mütəxəssis Anatoli Demyanenkonun rəhbərliyi altında ölkə kubokunu da nəzərə alsaq, ardıcıl beş oyundur qələbə qazana bilmir. “Şəfa” stadionunda növbəti xal itkisinə məruz qalan flaqman bununla da çempionluq yolunda daha bir ağır zərbə alıb. A.Demyanenkonun komandası ölkə kubokundan kənarlaşdırdığı Bakının “Standard” klubu ilə xalları yarı bölüb. Cari mövsümdə “Neftçi” ilə keçirdiyi hər üç oyunda məğlub olan “Standard” bu dəfə heç-heçə edib. Bununla çempionluq şanslarını minimuma endirən flaqman 2-ci yer uğrunda mübarizədə də işini çətinləşdirib.

“Masallı” – “Bakı” – 2:0
Vüqar Nadirov, 16, Teymur Dadaşov, 78

ABN – “Qarabağ” – 0:3
Murad Ağakişiyev, 8, Viktor İbekoyi, 17, Kənan Kərimov, 23

“Gənclərbirliyi” – “Karvan” – 3:1
Səbuhi Sadiqov, 21, İsmayıl Məmmədov, 50, Zaur Məmmədov, 90 – Eldar Hüseynov, 66

“Standard” – “Neftçi” – 1:1
Sebastyan Martines, 25 - Georgi Adamiya, 19

“Qəbələ” – “Simurq” – 1:0
Şəhruz Mustafayev, 63

“Turan” – “Xəzər-Lənkəran” – 0:4
Mario Souza, 15, Yakuba Bamba, 21-p, Elmar Baxşıyev, 62, Zaur Ramazanov, 77

“İnter” – “Olimpik” – 2:0
Xaqani Məmmədov, 29, Peter Zlatinov, 90+3

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

22

16

5

1

27-6

53

2

Neftçi

22

14

6

2

38-17

48

3

İnter

22

14

4

4

41-16

46

4

Xəzər-Lənkəran

22

13

7

2

42-15

46

5

Qəbələ

22

11

1

10

28-25

34

6

Qarabağ

22

9

6

7

23-16

33

7

Simurq

22

9

5

8

28-22

32

8

Bakı

22

7

8

7

29-24

29

9

Masallı

22

7

4

11

24-36

25

10

Standard

22

5

8

9

25-23

23

11

Karvan

22

6

4

12

21-28

22

12

Turan

22

3

5

14

14-40

14

13

ABN

22

2

6

14

11-39

12

14

Gənclərbirliyi

22

3

1

18

16-60

10



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 15, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.

Qeyd edək ki, XXIII turun oyunları mayın 3-4-də keçiriləcək: “Gənclərbirliyi” – “Masallı”, “Turan” – “Qəbələ”, ABN – “İnter”, “Qarabağ” – “Standard”, “Xəzər-Lənkəran” – “Bakı”, “Karvan” – “Neftçi”, “Simurq” – “Olimpik”.


0