Teymur Rəcəbov Maqnus Karlsenə uduzub
28.04.2008 - 18:17
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində VII turun oyunları keçirilir. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turu milli komandamızın üzvləri üçün uğursuz alınıb. Liderlər qrupunda qərarlaşan Teymur Rəcəbov ağ fiqurlarla 40-cı gedişdə reytinq favorit Maqnus Karlsenə (Norveç) uduzub. Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov isə İvan Çeparinova məğlub olub. Çexiyalı David Navara ilə rusiyalı Pyotr Svidlerin oyununda qalib müəyyənləşməyib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0