Azərbaycan milli komandası reytinq cədvəlində mövqeyini qoruyub
29.04.2008 - 09:56
Bakı. Kənan Həsənov – APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının üzvlərinin mövqeyində dəyişiklik qeydə alınıb. İdmançılarımızdan ən yaxşı göstərici Janna Muradqızına məxsusdur. Üç pillə geriləyən rusiyalı legioner 22 xalla 93-cü sırada qərarlaşıb. Olimpiya təsnifat turnirində lisenziya qazana bilməyən Səbinə Əmrahzadə iki pillə geriləyib və 16 xalla 113-cü yeri tutub. Bir pillə irəliləyən Sevil Bünyatova (10 xal) 136-cı, üç pillə yüksələn Aidə Ələsgərova (4 xal) 186-cı olub. Milli komandamızın mövqeyində isə dəyişiklik qeydə alınmayıb. Hesabında 148 xal olan yığmamız 33 komandanın sıralamasında 15-ci yeri tutub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0