Azərbaycan güləşçisi erməni pəhləvanların şərəfinə keçirilən turnirdə birinci yeri tutub
29.04.2008 - 11:33
“APA-Sport” agentliyinin məlumatına görə, sayca 8-ci dəfə təşkil olunan yarışda ölkəmizin 7 pəhləvanından ikisi medal qazana bilib. 63 kq çəkidə Toğrul Yunuslu bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib çıxıb. Tural Həsənzadə (42 kq) isə bürünc medalla kifayətlənib. Digər “klassik”lərimizdən Orxan Qəmbərovla (54 kq) İsmayıl İsmayılov (63 kq) 5-ci yeri tutublar. Elvin Həsənov (50 kq), Hüseynqulu Gülümcanov (54 kq) və Rəşad Hüseynzadə (58 kq) isə ilk “beşliy”ə düşə bilməyiblər.
Qeyd edək ki, turnirdə Ermənistan güləşçiləri də çıxış edib və 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirdə Ermənistan güləşçiləri də çıxış edib və 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0