Pekin olimpiadasında iştirak Azərbaycan turistinə neçəyə başa gələcək?
29.04.2008 - 13:06
Pekin olimpiadasında iştirak Azərbaycan turistinə neçəyə başa gələcək?
Biletlər 6-15 avqust, 15-25 avqust və 6-25 avqust üçün nəzərdə tutulub. Turistlər yol, 3 və 5 ulduzlu otellərdə qalma, olimpiada zamanı daxili nəqliyyatdan istifadə, açılış və bağlanış mərasimlərində iştirak, habelə idmançılarımızın mübarizə apardıqları idman zalları və meydanlarındakı çıxışlarını izləmək xərcləri biletlərin qiymətlərində əksini tapıb. Belə ki, 6-15 avqust üçün açılış mərasiminə də qatılmaqla 5 ulduzlu oteldə qalanların hər birinə bilet 15 608 ABŞ dolları, 3 ulduzlu oteldə qalana 10 036 dollara satılacaq. 15-25 avqustda bağlanış mərasimini də izləməklə 5 ulduzlu oteldə gecələyənlər üçün bir nəfərlik bilet 16 068 dollar, 3 ulduzlu oteldə gecələyənlər üçün isə 9 880 dollar təşkil edəcək. Hər iki mərasimi izləmək istəyən 5 ulduzlu oteldə qalarsa, bilet üçün 29 793 dollar, 3 ulduzlu oteldə qalarsa, 18 032 dollar ödəməli olacaq. Açılış və bağlanış mərasimlərini izləmək istəməyənlərə biletlər bir qədər aşağı məbləğə satılacaq. 6-15 avqustda keçiriləcək yarışları izləyən və 5 ulduzlu oteldə qalmaq istəyən turist 12 608 dollar, 3 ulduzlu oteldə qalmaq istəyən 7 036 dollar ödəyəcək. 15-25 avqustda mübarizə aparacaq idmançılarımızın çıxışları üçün hər bir turist 5 ulduzlu oteldə qalarsa 13 568 dollar, 3 ulduzlu oteldə qaldıqda 7 380 dollar xərcə düşəcək. 6-25 avqust üçün bir biletin məbləğinə gəldikdə, 5 ulduzlu oteldə qalan 24 293, 3 ulduzlu oteldə gecələyən isə 12 532 dollarından keçməlidir.
Qeyd edək ki, ümumi sayı 100-dən çox olan biletlərin 20-si açılış mərasimi də daxil olmaqla 6-15 avqust, 25-i bağlanış mərasimi də daxil olmaqla 15-25 avqust, 19-u hər iki mərasimi izləyənlər üçün 6-25 avqust tarixlərinə nəzərdə tutulub.
0