Hidayət Şabanov: “Avropa çempionatında Rafael Ağayevlə Şahin Atamovdan medal gözləyirik”
30.04.2008 - 13:17
Bakı. Elşən Məmmədov – APA-Sport. “Qitə birinciliyində məqsədimiz ötən illə müqayisədə daha yaxşı çıxış etməkdir”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın karate üzrə milli komandasının baş məşqçisi Hidayət Şabanov deyib. Onun sözlərinə görə, mayın 2-də Estoniyanın paytaxtı Tallində kişi və qadınlar arasında keçiriləcək Avropa çempionatında mümkün qədər çox medal qazanmağa çalışacaqlar. H.Şabanov daha çox Rafael Ağayev (70 kq) və Şahin Atamovdan (75 kq) medal gözlədiyini bildirib: “Ötən il Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş qitə birinciliyində Rafael həm 70 kq-da, həm də açıq çəkidə qızıl medal qazanmışdı. Bu dəfə isə onunla yanaşı, Atamovun da uğurla nəticə göstərəcəyinə inanıram. Digər idmançılarımızdan da qənaətbəxş çıxış gözləyirəm”.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0