Azərbaycan milli komandası Polşada beynəlxalq turnirə qatılacaq
30.04.2008 - 13:41
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan bədii gimnastları sabah Polşanın Rumiya şəhərində start götürəcək beynəlxalq turnirdə iştirak edəcəklər. Bu haqda “APA-Sport” agentliyinə Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun sözlərinə görə, turnirin mükafatları uğrunda Pekin olimpiadasına lisenziya qazanan qrup hərəkətləri üzrə milli komandamız mübarizə aparacaq. Yeniyetmələr arasında isə ölkəmizi Nigar Əbdüsəlimova və Səidə Abdullayev təmsil edəcəklər.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0