Azərbaycan güləşçisi Əli İsayev Pekin olimpiadasına lisenziya qazanıb
30.04.2008 - 13:48
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının üzvü Əli İsayev 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasından (FİLA) bu gün göndərilən məktubda 120 kq çəkidə çıxış edən Ə.İsayevin 1-6 apreldə Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında bu lisenziyaya sahib çıxdığı qeyd olunub: “Əli İsayev qitə birinciliyində 3-cü yeri tutmuşdu. Pekin Olimpiadasına yeganə lisenziyanı isə gürcüstanlı David Modzmanaşvili qazanmışdı. Lakin Modzmanaşvilinin qanından istifadəsi qadağan olunmuş maddə tapıldığından, həmin vəsiqə növbəti pillələrin sahiblərinə verilməli idi. İsveçrənin Martini şəhərindəki sonrakı lisenziya turnirində Slovakiya təmsilçisi Pekinə yollanmaq hüququ qazandığından, lisenziya İsayevə verilib”.
Bununla da sərbəst güləş növündə ölkəmiz Pekin Olimpiadasında tam heyətlə mübarizə aparacaq.
Bununla da sərbəst güləş növündə ölkəmiz Pekin Olimpiadasında tam heyətlə mübarizə aparacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0