Azərbaycan yığması Gürcüstanın açıq birinciliyinə qatılacaq
30.04.2008 - 15:08
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın su polosu üzrə kişilərdən ibarət yığma komandası Gürcüstanın paytaxtı Tiflisə yollanacaq. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Azər Babayev məlumat verib. Onun sözlərinə görə, komandamız mayın 26-da start götürəcək Gürcüstanın açıq birinciliyində mübarizə aparacaq. Beş gün davam edəcək turnirdə vaterpolçularımız yerli komandalara qarşı mübarizə aparacaqlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0