Azərbaycanı Bakıda keçiriləcək Avropa çempionatında beş bilyardçı təmsil edə bilər
30.04.2008 - 16:01
Bakı. Kənan Həsənov-APA-Sport. Mayın 15-də Bakı Olimpiya Kompleksində start götürəcək növbəti Avropa çempionatında Azərbaycanı beş bilyardçı təmsil edə bilər. Bu haqda “APA-Sport” agentliyinə Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanov məlumat verib. Onun sözlərinə görə, yarışa qatılmayacaq ölkələrin təmsilçilərini milli komandamızın üzvləri Rauf Mustafayevlə Niyazi Xələfov əvəz edəcək. Bu məsələ mayın 14-də keçiriləcək püşkatma zamanı həllini tapacaq.
15000 ABŞ dolları mükafat fondu olan yarışda Seymur Məmmədov, Azər Hacıyev və Seyhun Ağayevin iştirak edəcəyi dəqiqləşib. Mayın 17-dək davam edəcək Avropa çempionatında 32 kişi və 16 qadın bilyardçı mübarizə aparacaq.

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0