Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının heyəti açıqlanıb
30.04.2008 - 16:02
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının mayın 9-da start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirinə qatılacaq heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə milli komandanın baş məşqçisi Elçin Cəfərov məlumat verib. Onun sözlərinə görə, İtaliyanın paytaxtı Romada keçiriləcək «Milone Trophy» adlı turnirdə yığmamız 5 çəkidə lisenziya uğrunda yarışacaq. Heyətə Vitali Rəhimov (60 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq), Aydın Səfərov (96 kq) və Anton Botev (120 kq) daxil edilib. Rövşən Bayramovla Fərid Mansurovun artıq Olimpiadaya lisenziyanı təmin etdiklərindən 55 və 66 kq çəkilərdə İtaliya paytaxtına heç kim aparılmayacaq. Pəhləvanlarımız üç gün davam edəcək turnirə mayın 5-də yollanacaqlar. Yarışın ilk günündə döşək üzərinə Ş.Qadabadze çıxacaq. Mayın 10-da V.Rəhimovla A.Səfərov mübarizəyə qoşulacaqlar. Turnirin son günündə isə İ.Abdulovla A.Botev qüvvəsini sınayacaq. Hər bir çəkidə mükafata layiq ilk dörd pilləni tutan pəhləvanlar Pekində ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
0
0