Azərbaycan damaçıları Avropa birinciliyində mübarizəyə başlayıblar
01.05.2008 - 10:58
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Kalininqrad şəhərində 64 xanalı dama üzrə (rus versiyası) gənclər, kadetlər, kiçik kadetlər və ümidlər arasında şəxsi-komandaların Avropa birinciliyinə start verilib. Azərbaycan Dama Federasiyasının vitse-prezidenti İbrahim İsmayılovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda ölkəmizi 4 idmançı təmsil edir. Belə ki, Aslan Aslanlı gənclər (19 yaşadək), Ənvər Novruzov kadetlər (16 yaşadək), Anar Mustafayev kiçik kadetlər (13 yaşadək) və Famil Kamilli ümidlər (10 yaşadək) arasında mübarizə aparır. Həmyerlilərimiz öncə 7 turdan ibarət ilkin mərhələdə bacarıqlarını nümayiş etdirəcəklər. İlk “dördlük”də qərarlaşanlar daha sonra medallar uğrunda yarışacaqlar. Bundan başqa, yekunda hər yaş kateqoriyasında ən yaxşı çıxış etmiş bir damaçının nəticəsi nəzərə almaqla, ümumilikdə dörd nəfərlik yığmaların reytinqi dərc olunacaq. Qitə birinciliyinə mayın 7-də yekun vurulacaq.
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
0
0