Azərbaycan uşu-sandaçılarının Pekin olimpiadasına hazırlıq planı müəyyənləşib
01.05.2008 - 12:19
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycan uşu-sandaçıları Sənan Haqverdiyev (56 kq) və Elşad İbrahimovun (85 kq) lisenziya qazandıqları 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlıq planı müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə Uşu Federasiyasının prezidenti Azər Həsənsoy məlumat verib. Onun sözlərinə görə, idmançılarımız mayın 5-dən yığma komanda ilə birgə təlim-məşq toplantısına başlayacaqlar. Müntəzəm olaraq, «Savalan» və «Yasamal» klublarında təşkil olunacaq hazırlıq prosesinə 20-dək uşu-sandaçı cəlb olunacaq. A.Həsənsoy Gənclər və İdman Nazirliyi ilə birgə müəyyənləşdirdikləri hazırlıq planına əsasən, idmançılarımızın Rusiya və İranda keçiriləcək turnirlərə göndərilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Pekin Olimpiadasının proqramına nümunəvi növ kimi salınan uşu-sanda üzrə döyüşlər 21 – 24 avqustda keçiriləcək.
Qeyd edək ki, Pekin Olimpiadasının proqramına nümunəvi növ kimi salınan uşu-sanda üzrə döyüşlər 21 – 24 avqustda keçiriləcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0