İlya Averbux: “Üç ildir həyata keçirmək istədiyimiz şou, nəhayət, bu gün baş tutacaq”
01.05.2008 - 16:50
Bakı. Kənan Həsənov - APA-Sport. “İlk dəfədir Bakıya gəlirəm və burada şou təşkil edəcəyəm. Fikrimcə, dəvət etdiyim idmançıların xüsusi təqdimata ehtiyacları yoxdur. Bakıya olimpiya, dünya və Avropa çempionları gəlib”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Buz Simfoniyası” şousunun təşkilatçısı İlya Averbux deyib. Rusiyalı Avropa və dünya çempionu şounun təşkilini bir neçə dəfə təxirə saldıqlarını bildirib: “Mənim çoxdan belə bir ideyam var idi. Amma bunu müxtəlif səbəblərdən reallaşdıra bilmirdim. Üç ildir həyata keçirmək istədiyimiz şou, nəhayət, bu gün baş tutacaq”. İ.Averbux Azərbaycan milli komandasının üzvləri Kristin Freyzer/İqor Lukanin dueti və fiqurlu konkisürmənin ölkəmizdə perspektivi ilə bağlı fikirlərini də bölüşüb: “Onlar Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Əlbəttə ki, mükafatçılar sırasında yer almaları çətindir. Amma Freyzerlə Lukanin əsl ustalardır. İstənilən idman növündə inkişafa nail olmaq üçün münasib baza qurulmalıdır. Biz də bu şou ilə inkişafa töhfəmizi vermək istəyirik”.
- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0