Azərbaycan yığması beynəlxalq “Kiyev reqatası”na qatılacaq
01.05.2008 - 16:50
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın akademik avarçəkmə üzrə 18 yaşlılardan ibarət yığma komandası mayın 23-də Ukraynanın paytaxtı Kiyevə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, millimiz beynəlxalq “Kiyev reqatası”na qatılacaq. Mayın 24-də start götürəcək turnirdə ölkəmizi 7 idmançı təmsil edəcək. Cavid Əfəndiyev birnəfərlik qayıqlarda qüvvəsini sınayacaq. Timur Kutseba – Aleksandr Qlotov və Fərman Əliyev – Kamran Yusubov duetləri 2 nəfərlik sükansız, Aleksandr Jdanov – Əbdülrəşid Mustafin dueti isə sükanlı qayıqda mübarizə aparacaq. İki gün davam edəcək yarışa avarçəkənlərimiz baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında yollanacaqlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0