Zemfira Meftahəddinova reytinq cədvəlində irəliləyib
02.05.2008 - 10:33
Bakı. Aqşin Əliyev - APA-Sport. Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) növbəti reytinq cədvəlində geriləyib. “APA-Sport” agentliyinin məlumatına görə, apreldə Çində keçirilmiş Dünya Kubokunda uğursuzluğa düçar olan güllə atıcımız 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açanların siyahısında 24 xalla 51-ci sırada qərarlaşıb. 50 yaşlı idmançı son reytinqlə müqayisədə 5 pillə geriləməyə məruz qalıb. Eyni növdə yarışan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Nigar Bağırova da mövqeyini əldən verib. O, 6 pillə geriləyərək, 61 xalla 35-ci yerə enib. 25 metrlik məsafədən hədəfə kiçikçaplı tapança ilə atəş açanların sıralamasında isə vəziyyət fərqlidir. Aktivində 18 xal olan İ.Aşumova 4 pillə yüksələrək, 52-ci pilləyə qalxıb. N.Bağırova bundan 8 xal az yığaraq, 64-cü olub. İSSF-nin budəfəki siyahısı kişilərdən ibarət yığmamızın üzvü Ruslan Lunyov qayıdışı ilə yadda qalıb. Uzun müddət cədvəldə yer ala bilməyən 18 yaşlı güllə atıcısı son vaxtlar yaxşı təsir bağışladığından 89-cu sıraya sahib çıxıb. Onun hesabında 4 xal var. Stend atıcılarımızdan isə yalnız Zemfira Meftahəddinova fərqlənib. Sidney Olimpiadasının qalibi 2 pillə irəlilədiyi üçün 106 xalla 21-ci yerə yüksəlib.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
- Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
- Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal qazanıb
0
0